Uhan Universiteti

Uhan Universiteti
WHU
çin. ənən. 武漢大學, sadə. 武汉大学
Xəritə
30°32′27″ şm. e. 114°21′40″ ş. u.
Əvvəlki adları Ziqianq İnstitutu (1893)
Fanqyan İnstitutu (1902)
Milli Uçanq Ali Normal Kolleci (1913)
Milli Uçanq Normal Universiteti (1923)
Milli Uçanq Universiteti (1924)
Milli Uçanq Çonqşan Universiteti (1926)
Milli Uhan Universiteti (1928)
Şüar Özünü inkişaf etdirmə, əzmkarlıq, həqiqət axtarma və yenilik[1]
Əsası qoyulub 1893
Tip Milli tədqiqat universiteti
Tələbə sayı 58720
Müəllim sayı 7325
Ölkə
Sayt en.whu.edu.cn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uhan Universiteti (çin. ənən. 武漢大學, sadə. 武汉大学) ― Çin Xalq Respublikasının Hubey əyalətinin Uhan şəhərində yerləşən tədqiqat universiteti.

Əsası Tzin sülaləsi dövründə məsul vəzifələr tutmuş Çang Çidong tərəfindən 1893-cü ildə qoyulmuşdur.[2] Yerləşdiyi əyalətin ən böyük ali təhsil müəssisələrindən biri olan universiteti, eyni zamanda, Çin Xalq Respublikasının ən qabaqcıl ali təhsil ocaqları arasındadır. Hazırda, 3 kollec, 27 məktəb, 5 institut başda olmaqla, çoxsaylı elmi vahidlərdə dünyanın 111 ölkəsindən təhsil alan 58720 tələbəsi vardır.[3] Əsas kampusu Uhan şəhərində, Luociya təpəsində yerləşir.

Uhan Universiteti ÇXR Təhsil Nazirliyi tərəfindən başladılmış universitetlərin təkmilləşdirilməsi proqramının nüfuzlu hesab olunan "A sinfi"nin üzvü olmaqla yanaşı, "Layihə 985" və "Layihə 211" kimi dövlət maliyyələşdirmə proqramlarının da tərkib hissəsidir. 2017-ci ildə Çin üzrə dərc olunmuş ali təhsil müəssisələri sıralamasında 3-cü yerdə qərarlaşmışdır.

Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən universitetin məzunları arasında Çin Kommunist Partiyasının banilərindən Çen Tankyu, Qazaxıstanın baş naziri Karim Masimov, Xiaomi şirkətinin qurucusu Ley Jun da vardır.

  1. "Overview". en.whu.edu.cn (ingilis). Wuhan University. 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  2. "Wuhan University". bachelorsportal.com (ingilis). 2021-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  3. "Wuhan University". studyinchina.com.my (ingilis). 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search